Ölkəmizin hər yerində olduğu kimi Naftalanda da şəhid ailələri və qazilər dövlət qurumları və ictimaiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Vətən müharibəsində Talış, Suqovuşan istiqamətində minaya düşərək sağ ayağını itirmiş Naftalan şəhər sakini, qazi Tağıyev Qiyas Fariz oğlunun istəyinə əsasən o, Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son nəsil elektron, Avropa istehsalı olan əlil arabası ilə təmin olunub.
Qazi ona göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlığını bildirib.



Son xəbərlər
Son Xəbərlər