Naftalanda regionda ilk “Little Free Library” kitabxanası açıldı - Foto

naftalanda-regionda-ilk-little-free-library-kitabxanasi-acildi
Oxunma sayı: 1495

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və şəhərə təşrif buyuran yerli və xarici turistlərin ixtiyarına verilib.

“Qafqazinfo” xəbər verir ki, kitabxana www.littlefreelibrary.org kitabxanalar reyestrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək və ölkəmiz həmin saytın xəritəsində ölkələr sırasında yer alıb. 

Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər bir nəfər üçün nəzərdə tutulub. 

Xatırladaq ki, “İ Love Naftalan” adlanan həmin bölmə regionda ilk dəfə məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıb. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxananın fəaliyyətinə şəhərdə fəaliyyət göstərəcək “Park Hotel Naftalan” dəstək olub. Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstəriləcək. Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini şərtləndirən amillərdəndir.

Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənəcək.