Naftalanda şəhid Bəhruz Quliyevin ildönümü anılıb - Fotolar

naftalanda-sehid-behruz-quliyevin-ildonumu-anilib
Oxunma sayı: 1247

Naftalan şəhərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

“Qafqazinfo” xəbər verir ki, Naftalan ŞİH başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar. Şəhidin ailəsi ziyarət olunub, keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb.

Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü günü atası Firuz Quliyevə təqdim olunub.

Qeyd edək ki, Bəhruz Quliyev 1990-cı il mayın 9-da Naftalan şəhərində anadan olub. Ailəli idi, iki qız övladı əmanət qalıb.