Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Chinar Hotel & SPA Naftalanda şəhid və qazi ailələri ilə ilaxır çərşənbə münasibətilə tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid və qazi ailələri, ŞİH-nin başçısı Vüqar Novruzov və digər məsul əməkdaşlar iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib.
Tədbirdə Xalq artisti Şahnaz Haşımova, Nizami Gəncəvinin 880 illik yubleyinə həsr edilmiş Muğam Müsabiqəsində Qran-Pri mükafatına layiq görülmüş Tunar Salahov konsert proqramı ilə çıxış ediblər.
Həmçinin hotelin həyətində icra başçısı şəhid və qazi övladları ilə birgə ağac əkiblər.
Sonda Şəhər İcra Hakimiyyəti və “Chinar Hotel & SPA Naftalan” tərəfindən bayram hədiyyələri təqdim edilib, birgə xatirə şəkli çəkilib.









Son xəbərlər
Son Xəbərlər