Naftalanda və regionda ilk - Fotolar

Naftalanda və regionda ilk
Oxunma sayı: 3220

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin və buraya gələn turistlərin rahatlığının təmin edilməsi istiqamətində abadlıq-quruculuq işləri davam etdirilməkdədir.

“Qafqazinfo”nun məlumatına görə, abadlıq-quruculuq işləri çərçivəsində pilot layihə olaraq uzun illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb.

Sistem günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlandırma sisteminin şəhərin müxtəlif yerlərində quraşdırlması nəzərdə tutulub.

Şəhər əhalisi və turistlər artıq gecə saatlarında da istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün sözügedən parka üz tuta biləcəklər.






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi