Naftalanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - Fotolar

naftalanda-xocali-faciesi-qurbanlarinin-xatiresi-anilib
Oxunma sayı: 1537

Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. Naftalanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı Şəhidlərin əziz xatirəsi anılıb.
 
“Qafqazinfo” xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, Müharibə Veteranları, qazilər, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndəri iştirak edib.
 
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.