Naftalanda yanğın, 1 nəfər tüstüdən zəhərləndi

naftalanda-yangin-1-nefer-tustuden-zeherlendi
Oxunma sayı: 1028

Naftalan şəhərində yanğın baş verib.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 110 m² olan birmərtəbəli evdə yataq dəsti və xalça yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.