Naftalanda “Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində tədbir keçirilib - Fotolar

naftalanda-yasil-dunya-namine-hemreylik-ili-cercivesinde-tedbir-kecirilib
Oxunma sayı: 2160

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə Həmrəylik İli”çərçivəsində “Yaşıl dünya naminə Həmrəylik İlinin elan edilməsi-məqsədyönlü siyasətin məntiqi nəticəsidir” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanları və idarə, müəssisə, təşkilat rəhbərləri, məktəblilər iştirak edib.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlarla tanış olub, daha sonra bitkilərdən ibarət sərgiyə baxış keçirilib.

“Təbiəti qoruyaq” adlı videoçarxın nümayişindən sonra ŞİH-nin başçısı bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. Həmçinin COP29-un ölkəmizdə keçirilməsindən danışıb və qeyd edib ki, ötən il Prezidentin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır.

Sonda tədbir içtirakçılarına maarifləndirici bukletlər və həmişəyaşıl bitkilər paylanılıb.

Tədbirin rəsmi hissəsindən sonra Naftalanda müalicə alan bir qrup xarici turistlərlə birgə şəhərin yeni Bayraq Meydanında ağacəkmə aksiyasında iştriak ediblər. Aksiyada 100-dən çox zeytun və oleandr ağacları əkilib.