Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq Naftalan şəhərində COVID-19 infeksiyasına qarşı mübarizə məqsədi ilə sakinlərin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Bu barədə “Qafqazinfo”ya Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, şəhər başçısı Vüqar Novruzov sakinlərin peyvənd olunması üçün tibb müəssisəsində olaraq vaksinasiya prosesinin gedişi ilə maraqlanıb. Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilib.
Sonra isə icra başçısı COVID-19 pandemiyası əleyhinə peyvənd olunub.
Son xəbərlər
Son Xəbərlər