Naibə Allahverdiyevanın qızı 590 bal yığdı- - Fotolar

naibe-allahverdiyevanin-qizi-590-bal-yigdi-
Oxunma sayı: 14212


“Qafqazinfo” xəbər verir ki, tələbə adını qazanan abituriyentlərdən biri də əməkdar artist Naibə Allahverdiyevanın qızı Məryəmdir. Bu barədə aktyor İlham Əsədov şəxsi facebook səhifəsində məlumat verib:

“Əziz Gənc Tamaşacılar Teatrının kollektivi, əziz Naibə Allahverdiyeva sevənlər, Naibə xanımın ciyərparəsi, gözünün ağı-qarası, həyatda Naibə xanıma ruh verən tearımızın balaca Məryəmi indi artıq böyüyüb. Məryyəm 590 balla Naibə xanımın, Məryəmin istəyi ilə Dillər Universitetinə ingilis və rus dili fakültəsinə daxil olub. Təbrik edirik! Çox sağ ol Məryəm, sən Naibə xanımın zəhmətini və əziyyətini yerə vurmadın. Allah sənə yar olsun!”