Nailə Əsgərzadə beynəlxalq mükafat aldı

naile-esgerzade-beynelxalq-mukafat-aldi
Oxunma sayı: 2933

“Rossiya 1” kanalının tanınmış azərbaycanlı aparıcısı Nailə Əsgərzadə “Təhlükəli virus-2” sənədli filminə görə “Qızıl lent-2020” beynəlxalq müsabiqəsində mükafat alıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, film COVİD-19-la mübarizə məqsədilə Rusiya peyvəndinin hazırlanması tarixinə həsr edilib. 28 ölkədən 80-dən çox layihənin iştirak etdiyi, “Bir qurşaq və bir yol” təşəbbüsü çərçivəsində təşkil edilən müsabiqə Çində keçirilib.

Mükafatı Nailə Əsgərzadəyə və çəkiliş qrupuna Çinin mərkəzi kanalı – CCTV-nin Avrasiya bürosunun rəhbəri Van Bin təqdim edib.