Naməlum maşın Nabranda piyadanı vurub öldürdü

namelum-masin-nabranda-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1490

Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 16-da saat 2 radələrində qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbuduq kənd sakini Arif Vəliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.