Naməlum maşın piyadanı vurub öldürdü

namelum-masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1721

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 12-də saat 20 radələrində qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Ramin Hüseynov vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.