Naməlum şəxs 19 nəfəri bıçaqladı, 2-si öldü - Yenilənib

namelum-sexs-19-neferi-bicaqladi-2-si-oldu
Oxunma sayı: 2356

Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan biri uşaq olmaqla 3-ü kliniki ölüm vəziyyətindədir.

Polis cinayətkarı ələ keçirib. Onun yaralı olduğu deyilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

**

Yaponiyanın Kavasaki şəhərində avtobus dayanacağında 10-dan artıq birinci sinif şagirdini bıçaqlayan naməlum şəxs ölüb. O, kəskin qan itirməsi nəticəsində həyatını itirib. 

***

Yaralılardan 2-si dünyasını dəyişib. 16 nəfər yaralı isə azyaşlıdır.