İranın Məşhəd şəhərində bıçaqla silahlanmış naməlum bir şəxs İmam Rza məqbərəsinin ziyarətçilərinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.
Məlumata görə, hücum zamanı azı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Silahlı şəxs isə saxlanılıb.
Hazırda hücumun səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər