Namik Ələskərov “Bursaspor”dan ayrıldı

namik-eleskerov-bursaspordan-ayrildi
Oxunma sayı: 1656

Millimizin üzvü Namik Ələskərov “Bursaspor”dan rəsmən ayrılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Bursa təmsilçisindən ayrılması artıq Türkiyə Futbol Federasiyası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, N.Ələskərov ötən ilin yayı “Bursaspor”a transfer olunmuşdu. Komanda 2021/2022 mövsümünü Türkiyə 1-ci liqasında 17-ci pillədə başa vurub və 2-ci liqaya düşmüşdü.

Reqlamentə əsasən, Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən klub legionerlərlə yolları ayıracağını açıqlamışdı.