Futbol üzrə Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 25-ci tur oyununa çıxıb.
"Qafqazinfo" xəbər verir ki, komanda "Tuzlaspor"u qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
"Tuzlaspor"un heyətində 26-cı dəqiqədə Rayko Rotman və 67-ci dəqiqədə Samet Asatekin qırmızı vərəqə alaraq meydandan qovulsa da, Fransis 87-ci dəqiqədə qələbə qolunu vurub.
Matça start heyətində başlayan Ələskərov 80-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Bursaspor" hazırda 24 xalla 16-cı pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər