Namiq Aygünü bu qızlara dəyişdi- - Video

namiq-aygunu-bu-qizlara-deyisdi-
Oxunma sayı: 4276


Əkiz Sevil Sevinc bacıları ötən gün “Hər şey daxil” proqramına qonaq olan meyxanaçı Namiq Qaraçuxurluya hazırladıqları sürprizdən söhbət açıblar. 

“Qafqazinfo”ya açıqlamasında bacılar efirdə səsləndirdikləri duetin heç bir yerdə ifa etməyəcəklərini bildiriblər:

“Biz minisofkanı tapdıq, gecə ilə  üzərinə səsimizi yazdırdıq.  Bu sadəcə proqramda Namiq Qaraçuxurluya edilən sürpriz idi. Namiqin prodüserinə də demədik ki,  sürpriz olsun. Mahnı heç bir yerdə səslənməyəcək. Qaraçuxurlunun bundan xəbəri yox idi. Yəqin, tamaşaçılar da bunun şahidi oldular. Bundan başqa mənalar çıxarılsın istəmirik”.

Qeyd edək ki, proqramda meyxanaçı ilə Aygün Kazımovanın “Bağlanıram” dueti efirə gedib. Klipi görərək özünü itirən Qaraçuxurluya daha sonra ikinci sürpriz təqdim olunub. Namiqin Aygünlə duetini bu dəfə  bacılar ifa ediblər.