Namiq İbrahimov dünyasını dəyişdi

namiq-ibrahimov-dunyasini-deyisdi
Oxunma sayı: 6536

Jurnalist Namiq İbrahimov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə report-a uzun illər onunla birlikdə işləmiş jurnalist Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, N.İbrahimov uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Xatırladaq ki, N.İbrahimov 10 mart 1970-ci ildə Bakıda doğulub. O, “Zerkalo”, “New Baku Post” qəzetlərində, eləcə də bir sıra xəbər portallarında siyasi şərhçi kimi fəaliyyət göstərib.