“Qafqazinfo”ya açıqlamasında meyxanaçı Aygün Rəhimovanın aktrisalıq qabiliyyətini bəyəndiyini bildirib:
““Toy gecəsi” serialına yeni Ləman obrazı qatılıb. Aygün Rəhimova televiziyada təcrübəsi olan insandır, işinin öhdəsindən də çox gözəl gəlir. İnanıram ki, hər şey yaxşı olacaq. Aygün çox gözəl və səmimi qızdır. Lakin aramızda sevgi münasibəti ola bilməz. Burada iş kollektividir, başqa münasibətdən söhbət gedə bilməz. Tamaşaçılar biri bizi yaraşdıracaq, biri haqqımızda danışacaq. Mən haqqımızda yayılacaq dedi-qodulara hazıram, bu cür hallara artıq öyrəşmişəm, başıma tez-tez gəlir. Düşünürəm ki, mənə pis təsir etməyəcək və əsəbiləşməyəcəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər