Namiq Zeynalov Gülməmmədli kəndində səyyar görüş keçirib - Foto

namiq-zeynalov-gulmemmedli-kendinde-seyyar-gorus-kecirib
Oxunma sayı: 996

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalovun qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Gülməmmədli kəndində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Namiq Zeynalov Prezident İlham Əliyev tərəfindən respublikada aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib: “Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır”.

Görüşdə kənd sakinləri Şükürlü, Məmmədcanlı kəndlərinə təbii qaz xəttinin çəkilməsi, Gülməmmədli kəndində idman meydançasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və pay torpaq sahəsinin çay hövzəsinin yaxınlığında yerləşdiyi üçün yerinin dəyişdirilməsinə köməklik göstərilməsi barədə müraciət ediblər. Namiq Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib.