Namiq Zeynalov maarifləndirmə tədbirlərinə qatılıb - Foto

namiq-zeynalov-maariflendirme-tedbirlerine-qatilib
Oxunma sayı: 2301

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, Cəlilabad rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi gücləndirilib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Cəlilabad şəhərindəki park və küçələrdə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, karantin rejiminin tələblərinə əməl etməyən sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin məcburi olduğu bildirilib və yalnız zəruri ehtiyac yaranarsa qoruyucu vasitələrin köməyi ilə qısa vaxt ərzində çöl işlərinin görülməsi tapşırılıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 300 nəfərdən artıq şəxsin cəlb edildiyi 2-3 nəfərlik mobil qruplar yaradılıb. Mobil qruplar yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edir, əhali arasında maarifləndirmə işi aparırlar. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün rayonda gündəlik dezinfeksiya işləri aparılır.