Namizədlərin siyahısı İqbal Ağazadəyə verildi

namizedlerin-siyahisi-iqbal-agazadeye-verildi
Oxunma sayı: 918


“Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirəni Ümid Partiyası sədrinin Seçki və Təbliğat məsələləri üzrə  müavini Taleh Əliyev açdı. Öncə Ümid Partiyasının sədri,  millət vəkili İqbal Ağazadə ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyət, bələdiyyə seçkiləri, seçkilərlə bağlı hakimiyyətin apardığı siyasət , partiya qarşısında duran vəzifələrlə bağlı məruzə ilə çıxış etdi, yerli təşkilat sədrlərinə tapşırıq və tövsiyələrini verdi və  müşavirə iştirakçılarının suallarını cavablandırıb.

Sonra bələdiyyə seçkilərinə hazırlığın səviyyəsi, qarşıda duran vəzifələr, yerli təşkilatların işinin daha effektli  qurulması üçün görüləcək işlər və bir sıra digər məsələlər  müzakirə olundu.  Şəhər və rayon şöbə sədrləri bələdiyyə seçkilərində namizəd olacaq şəxslərin ilkin siyahısını Mərkəzi Aparata təqdim ediblər.