“Nant” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

nant-qarabag-oyununun-biletleri-satisa-cixarildi
Oxunma sayı: 3403

Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oyuna ən ucuz biletin qiyməti 36, ən bahalısının isə 75 avro təşkil edir.

Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıdakı oynanılan matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.