“Napoli”nin yeni baş məşqçisi Konte oldu

napolinin-yeni-bas-mesqcisi-konte-oldu
Oxunma sayı: 2218

“Napoli”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra Neapol təmsilçisini Antonio Konte çalışdıracaq.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A.Konte ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.