“Napoli”nin yeni baş məşqçisi rəsmən açıqlandı

napolinin-yeni-bas-mesqcisi-resmen-aciqlandi
Oxunma sayı: 2022

İtaliyanın “Napoli” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Neapol təmsilçisinin “sükan”ı Luçano Spalettiyə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Spaletti ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Spaletti son olaraq “İnter”i çalışdırıb. İtaliyalı mütəxəssis 2019-cu ilin mayından işsiz idi.