“Nar” Britaniya mobil operatoru ilə əməkdaşlığa başladı

nar-britaniya-mobil-operatoru-ile-emekdasliga-basladi
Oxunma sayı: 726

“Nar” Avropanın ən böyük mobil rabitə operatorlarından biri sayılan Böyük Britaniyanın “EE/T-Mobile UK” şirkəti ilə kommersiya razılaşması əldə etdi.

Layihə çərçivəsində “Nar” və Birləşmiş Krallığın ən böyük mobil operatoru olan “EE/T-Mobile” öz abunəçilərinə rominqdə olarkən daha keyfiyyətli GSM xidməti göstərə biləcəklər.

“Nar” operatorunun “Bir zona – bir qiymət” prinsipinə əsaslanan rominq xidməti dünyanın 165-dən artıq ölkəsini əhatə edir. Rominq haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az