“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının builki qalibi “Sumqayıt” komandası oldu

nar-in-destek-oldugu-brain-ring-bilik-yarislarinin-builki-qalibi-sumqayit-komandasi-oldu
Oxunma sayı: 884

“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparırdı.

“Brain Ring” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Sumqayıt” komandası oldu. İlin son “Brain Ring” qarşılaşmasında 2017-ci ilin ilk yarısının qalibi olmuş “İçərişəhər” komandasını da məğlub edən “Sumqayıt” komandası həm də 2017-ci ilin “Brain Ring” çempionu adına layiq görüldü. 

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.