Ümumilikdə, bu oyunda internet, mətbuat və televiziya kimi kütləvi informasiya vasitələrinin 20-dən artıq nümayəndəsi iştirak etdi. Qaliblərə “Nar” tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas tərəfdaşı olan “Nar” mobil operatoru əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlmiş tədbirlər seriyasını davam etdirir. Xüsusi olaraq, öz abunəçilərinə müstəsna dəyər, sadəlik və faydalı innovasiyalar təqdim edən mobil operator, Azərbaycanın idman federasiyalarında “açıq qapı günləri”, idmançıların uşaq və yeniyetmələr ilə görüşləri və s. kimi tədbirlərə artıq dəstək verib. Keçirilən tədbirlərin başlıca məqsədi yetişən gənc nəsil arasında idmana marağı artırmaq, həmçinin Avropa Oyunlarını uşaqlar, yeniyetmələr və onların ailələri arasında təbliğ etməkdir.
Son xəbərlər
Son Xəbərlər