Nar Mobile abunəçilərinə ingilis dilini daha rahat öyrədəcək

nar-mobile-abunecilerine-ingilis-dilini-daha-rahat-oyredecek
Oxunma sayı: 652

Azərbaycanın ilk 3G mobil operatoru Nar Mobile abunəçilərini yeni “Mobil İngilis dili” layihəsi ilə sevindirir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, layihə bütün istifadəçilərə öz mobil telefonlarından istifadə edərək ingilis dilini öyrənmək imkanı yaradır. Bu xidmətə qoşulmaqla, istifadəçilər hər gün ingilis dilində yeni söz, cümlə və onların Azərbaycan dilində tərcüməsini, eyni zamanda konteksdə onların istifadə formasını alacaqlar. Səviyyənin sonunda əldə etdiyi nəticələri yoxlamaq istəyən istifadəçilər kiçik sorğu ilə öz biliklərini yoxlaya biləcəklər.

“Nar Mobile mobil operatoru hər zaman gənclərə və təhsilə göstərdiyi dəstəyi ilə digərlərindən seçilib. Bu günləri şirkətimiz öz abunəçilərinə ingilis dilinin öyrənilməsində unikal imkan yaradır. Yeni layihəmiz vasitəsilə siz bir başa mobil telefondan istifadə edərək ingilis dilini öyrənəcəksiniz. Layihənin məqsədi gündəlik istifadə edilən ingilis dilinin öyrənilməsində istifadəçilərə kömək etməkdir. Nar Mobile-ın bu layihəsi bir daha öz abunəçilərinin maariflənməsinə və elminə olan dəstəyin göstəricisidir” – deyə Azerfon telekommunikasiya şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.

Layihəyə qoşulmaq üçün ingilis dili səviyyəsindən asılı olaraq asan səviyyə üçün “E1”, orta səviyyə üçün ”M1” və ya çətin səviyyə üçün “H1” yazıb 2022 nömrəsinə göndərmək lazımdır. Xidmətin haqqı ƏDV daxil 90 qəpikdir.

Qeyd edək ki, layihə Nar Mobile və British Council ilə birgə həyata keçirilir.

Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .

Nigar