Nar Mobile abunəçisi Volkswagen Tiguan-a sahib oldu

nar-mobile-abunecisi-volkswagen-tiguan-a-sahib-oldu
Oxunma sayı: 1802



18 yanvar 2014-cü il tarixində keçirilən lotereyə nəticəsində loteryanın baş mükafatının qalibi müəyyən olundu. Belə ki, Kərimova Sədaqət Haqverdi qızı yeni Volkswagen Tiguan avtomobilinin sahibi oldu. Bu münasibətlə, 23 yanvar 2014-cü il tarixində,  Volkswagen AG şırkətinin Azərbaycandakı rəsmi distributoru olan Eurostyle LTD merkezində qalibə şırkət və Nar Mobile-ın nümayyəndələri tərəfindən açarlarin təntənəli sürətdə təqdim etmə mərasimi keçirildi.

“Yeni il mənim üçün çox uğurla başladı. Qalib olduğuma heç inanmırdım. Lakin bəxtımı sınamağa qərar verdim. Nəticədə gözlənilməz oldu. Nar Mobile-a və Volkswagen-a öz dərin təşəkkürümü bildirir və abunəçiləri gələcək lotereyalarda iştirak etməyi çağırıram”, - deyə qalib bildirdi.

Xatırladaq ki, lotereya 23 sentyabr 2013-cü il tarixdən 08 yanvar 2014-cü il tarixədək  keçirilmişdir.  Viktorinada gündəlik olaraq 100 AZN, həftəlik 500 AZN, aylıq 5.000 AZN nağd pul və final uduşu qismində 1 ədəd Volkswagen Tiguan markali avtomobil oynanılırdı.