Nar Mobile-dan Ramazanla əlaqədar yeni xidmət

Nar Mobile-dan Ramazanla əlaqədar yeni xidmət
Oxunma sayı: 234

Nar Mobile mobil operatoru müqəddəs Ramazan ayı ilə əlaqədar abunəçilərinə yeni xidmət təklif edir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Nar Mobile abunəçiləri qeyd olunan xidmətə qoşulmaqla Ramazan ayı müddətində gündəlik olaraq İmsak və İftar vaxtlarını SMS vasitəsilə ala biləcəklər. Bunun üçün abunəçilər 3061 qısa nömrəsinə boş SMS göndərməlidirlər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecələrə (avqust ayının 7-dən 8-nə, 9-dan 10-na, 11-dən 12-nə və 15-dən 16-na keçən gecə) təsadüf edir.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi