Nar Mobile-ın Yeni Limitsiz tarifi ilə sərhədsiz danış!

nar-mobile-in-yeni-limitsiz-tarifi-ile-serhedsiz-danis
Oxunma sayı: 1526

Hər zaman öz abunəçilərini müxtəlif və sərfəli tarif paketləri ilə sevindirən Nar Mobile, Yeni Limitsiz tarifini təqdim edir. Bu tarif bütün Nar abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. “Qafqazinfo”nun məlumatına görə, abunəçiyə gündəlik olaraq 300 dəqiqə və 100 SMS təqdim olunur. Bonus dəqiqələr bitdikdə hər şəbəkədaxili zəng üçün 6 qəpik, şəbəkədaxili SMS-lər üçün isə 3 qəpik çıxılır.

Tarifin daha bir özəlliyi isə ondan ibarətdir ki, təqdim olunmuş bonus dəqiqələr istifadə edilmədikdə bir ay ərzində toplanır və təqvim ayı ərzində qüvvədə qalır. Bu qalıqlar növbəti təqvim ayına keçirilmir.

Abunəçi tarifə qoşulmaq üçün Limitsiz yazaraq 777 nömrəsinə mesaj göndərməli və ya *777#111#YES şifrəsini yığmalıdır.

Tarif haqqında ətraflı məlumatı Nar Mobile internet səhifəsindən əldə etmək olar: http://narmobile.az/az/private/tarifplan/yeni_limitsiz/