Nar Mobile jurnalistlərin turnirinə dəstək olub

nar-mobile-jurnalistlerin-turnirine-destek-olub
Oxunma sayı: 641

Nar Mobile mobil operatoru, Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən voleybol turnirinə dəstək olub. “Qafqazinfo”nun məlumatına görə, aprel ayının 10-dan etibarən “Səs”, “İki sahil” və “Yeni Azərbaycan” qəzetlərinin təşkilatcılığı ilə keçirilən turnir mayın 6-da başa çatıb.

Turnirdə YAP rayon təşkilatlarından 12 komanda və jurnalistlərdən ibarət 10 komanda iştirak edib. Turnirin qalibi Yasamal rayon YAP təşkilatının komandası oldu.

“Nar Mobile yarandığı gündən etibarən jurnalistlərlə əməkdaşlığa önəm verərək, onların təşəbbüslərini dəstəkləyib. Bu dəfə də media nümayındələri tərəfindən irəli sürülən bu maraqlı turniri dəstəkləmək qərarına gəldik. Bütün komandalar çox maraqlı bir oyun nümayiş etdirdilər. Biz qalib komandanı təbrik edirik” – deyə Kent Maknili, Azerfon şirkətinin Baş direktoru bildirib.