Nar Mobile Milli Olimpiya yığmamızın qaliblərini təbrik edib

nar-mobile-milli-olimpiya-yigmamizin-qaliblerini-tebrik-edib
Oxunma sayı: 632

Nar Mobile Kommunikasiya tərəfdaşı olduğu, London Olimpiya Oyunlarında iştirak edən Milli Olimpiya yığmamızın qaliblərini təbrik edir!

London 2012 Olimpiya Oyunlarında son hesabat günlərində Azərbaycan Milli Olimpiya yığmamız 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) ilə ümumi komanda hesabında 30-cu yerdə qərarlaşıb.

Belə ki, ilk qızıl medalı ölkəmizə gətirən 19 yaşlı sərbəst güləşçimiz Toğrul Əsgərov 60 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha sonra, Azərbaycanın digər sərbəst güləşçisi Şərif Şərifov 84 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bununla da, Azərbaycanın Olimpiadada qazandığı qızıl medalların sayı 2-yə çatıb.

Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Nar Mobile mobil operatoru da öz növbəsində bu qələbəyə sevinir, idmançılarımızı və bütün xalqımızı ürəkdən təbrik edir.

Son nəticə olaraq, Biz olimpiadada iştirak edən bütün idmançılarımızı və onların məşqçilərini təbrik edərək, onlara növbəti 2014-cü ildə Soçidə keçiriləcək XXII qış Olimpiya oyunlarında uğurlar diləyərək yeni qələbələr arzulayırıq. Həmçinin qeyd etmək istəyirik ki, Nar Mobile hər zaman olimpiaçılarmıza dəstək olmağa hazırdır və bu şirkətin qarşısına qoyduğu vacib amillərdən biridir. Biz, Nar Mobile şirkəti olaraq ölkəmizi təmsil edən hər bir idmançımız ilə fəxr edirik.