Nar Mobile rominq tariflərini 60 faiz endirdi!

nar-mobile-rominq-tariflerini-60-faiz-endirdi
Oxunma sayı: 631

Nar Mobile mobil operatoru rominq tariflərini 60% endirib. “Qafqazinfo”nun məlumatına görə, yeni rominq tariflərinə uyğun olaraq, abunəçilərin rahatlığı üçün dünya ölkələri 5 coğrafi zonaya bölünərək “1 zona – 1 qiymət” hesablama sistemi təqdim olunub. Bununla da, müəyyən zona çərçivəsində abunəçinin seçdiyi mobil operatordan asılı olmayaraq sabit qiymətlə ünsiyyətdə olmaq imkanı yaranıb.

Bununla yanaşı, Nar Mobile-ın yeni rominq tariflərinə uyğun olaraq, abunəçilər aşağıdakı yeniliklədən bəhrələnə biləcəklər.

- sabit bağlantı, avtomatik mobil operatorun seçimi və yüksək keyfiyyət;
- ölkədə və regionda eyni qiymət haqqında dərhal və pulsuz məlumat almaq imkanı;
- sadələşmiş tarif modeli;
- Artıq, öncədən ödəniş tariflərinin abunəçiləri rouminq xidmətini aktivləşdirmək üçün Müştəri Xidmətləri mərkəzlərinə müraciət etməli deyil. Rominqi aktivləşdirmək üçün *777#100#yes yığmaq kifayətdir;

Azerfon Şirkətinin Baş Direktoru Kent Maknili qeyd etmişdir: “Müasir zamanda abunəçilərimiz kifayət qədər tez-tez səhayətə çıxırlar və biz, xaricdə olduqları zaman onların mobil rabitə ehtiyaclarını təmin etməyi önəmli hesab edirik. Ümüdvarıq ki, yeni rominq təklifimiz səyahətə çıxmış abunəçilərimiz üçün əlaqəni daha asan, daha surətli və daha sərfəli edəcək”.

Yeni rominq tarifləri haqqında əlavə məlumatı Nar Mobile-ın internet səhifəsinsən əldə etmək olar: http://www.narmobile.az/az/roaming/InternationalRoaming/