Nar Mobile təyyarədə

nar-mobile-teyyarede-
Oxunma sayı: 665

Nar Mobile, İsveçrənin OnAir şirkəti və Azərbaycan Hava Yolları (AZAL), AZAL-a məxsus təyyarələrdə mobil rabitə xidmətlərindən istifadə ilə bağlı “NarAir” layihəsini jurnalistlərə təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, uçuşdan öncə keçirilən təqdimat zamanı, Nar Mobile, AZAL və OnAir şirkətinin rəhbərliyi media nümayəndələri ilə görüşüb və layihənin icra mərhələləri haqda media nümayəndələrinə məlumat veriblər.
Kiyev şəhərinə uçuş zamanı, Nar Mobile-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai, Azərbaycan Hava Yollarının Prezidentinin köməkçisi Məhərrəm Səfərli, o cümlədən, OnAir şirkətinin Şimali və Mərkəzi Avropa üzrə Biznesin İnkişafı şöbəsinin Rəhbəri, Deniel Froly tərəfindən müşayət olunan media nümayəndələri uçuş müddətində mobil cihazları vasitəsilə təqdim olunan bütün mobil rabitə xidmətlərindən – səsli zəngdən, SMS-dən, elektron poçt, internet və digər xidmətlərdən çox rahatlıqla istifadə ediblər.
Jurnalistlər təyyarədə şəbəkənin və rabitənin qurulma prosesi ilə yaxından tanış olublar. Deniel Froly layihənin texniki tərəfindən söz açmış və quraşdırılmış avadanlığın əsasında təyyarələrdə zənglərin edilməsinin tam təhlükəsiz olduğunu bildirib.
Uğurlu uçuş proqramı münasibəti ilə layihə iştirakçılarını təbrik edən Azerfon şirkətinin Satış üzrə Baş Direktoru, Leyla Nəsrullayeva, layihənin hər bir kəs üçün çox vacib olduğunu bildirib: “Müasir dövrdə kommunikasiya hər bir insanın həyatında mühüm rol oynayır. Getdiyimiz yerdən asılı olmayaraq internetdən, mobil rabitə xidmətlərindən istifadə edirik. Biz, Azerfon şirkəti olaraq, regionda ilk dəfə olaraq səmada da mobil rabitə xidmətlərini təqdim etdik və əminliklə bildiririk ki, bu gün bu xidmət tam olaraq işləyir. Bu münasibətlə hər kəsi təbrik edirəm və düşünürəm ki, sürətlə inkişaf edən Azərbaycan və ümumilikdə ölkənin İKT sektoru üçün bu layihənin önəmi böyük olacaq.”

Nigar