Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” uzun illər ərzində müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmişdir. 2015-ci il martın 18-dən etibarən isə mobil operator bütün abunəçilərinə yüksək sürətli interneti təklif edir. Yeni xidmət yükləmənin maksimal sürətini 42.2 Mbps çatdıraraq, bütün cari internet paketlərində, eləcə də adi trafik üzrə istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu xidmətdən istifadə etmək üçün nə xüsusi qeydiyyat, nə də telefonun ayarlanması tələb olunur. Bu fürsətdən yararlanmaq üçün abunəçi birbaşa “Dual Carrier” texnologiyasını dəstəkliyən cihazdan (“Apple”, “HTC”, “Huawei”, “Nokia”, “Samsung”, “Sony Хperia” və s. smartfon, planşet və digər “3G DC-HSPA+” texnologiyasını dəstəkləyən cihaz) istifadə etməlidir.
“Nar Mobile” mobil operatoru olaraq, biz daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərə çarpan müştəri qayğısı ilə abunəçilərimizin ehtiyaclarını ödəmək siyasətinə sadiqik.
Son xəbərlər
Son Xəbərlər