“İrşad Electronics” dükanlarından telefon alanlar 9 aylıq faizsiz kredit əldə edir və “Nar” operatorundan bonuslar qazanırlar
Yeni dərs mövsümünün başlanması ilə əlaqədar, “Nar” təhsil işçiləri, müəllim və tələbələri sevindirməyə dəvam edir. Bu məqsədlə, öz tərəfdaşı olan “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birlikdə daha bir ilkə imza atmış “Nar”, başladığı yeni kampaniyanı davam etdirir. Belə ki, cari ilin sentyabr ayının sonunadək “İrşad Electronics” dükanlarında istənilən telefonu 9 aylıq faizsiz kreditlə əldə etmək mümkün olacaq. Üstəlik, bu mağazalardan telefon almış hər bir kəs “Nar” mobil operatorundan xüsusi bonuslar qazanacaq.
Qeyd edək ki, göstərilən tarixdə bu dükanlarda dəyəri 500 AZN-dən yüksək olmayan istənilən telefonu ilkin ödənişsiz də əldə etmək mümkündür. Yeni telefonlarla bərabər, müştərilər həmçinin hədiyyə olaraq “Nar” operatorundan nömrə, 250 AZN dəyərində danışıq və 1,5 GB internet trafiki alacaqlar.
Son xəbərlər
Son Xəbərlər