“Nar & Sharab”dan toylarla bağlı açıqlama

nar-sharabdan-toylarla-bagli-aciqlama
Oxunma sayı: 6668

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar toy və nişan mərasimlərinin keçirilməsi qadağan olunsa da, bir sıra restoranların bu qadağaya əməl etmədiyinə dair məlumatlar yayılır. Karantin qaydalarını pozan restoranların siyahısında “Nar&Şərab” və “Sapphire Zagulba”nın da adı çəkilir.

“Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyasından "Qafqazinfo"ya bildirilib ki, bu restoranlarda Operativ Qərargahın bütün qərarları dəqiqliklə icra edilir:

"Sərt karantin rejimi dövründə “Nar & Sharab”da və “Sapphire Zagulba”da heç bir kütləvi tədbir, toy və nişan məclisi təşkil edilməyib. Operativ Qərargah tərəfindən qoyulan qadağa götürülmədiyi müddətdə belə məclislərin təşkil edilməsi ilə bağlı hər hansı müraciətə baxılması mümkünsüzdür. Qeyd edək ki, hazırda “Sapphire Zagulba” hoteli bağlıdır və fəaliyyət göstərmir".