“Nar” tələbələri mükafatlandırıb

nar-telebeleri-mukafatlandirib
Oxunma sayı: 750

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, universitet ötən semestrdə Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrinin adlarını artıq elan edib. Tədris semestrinin ən yaxşı 3 tələbəsi – Kənan Babalı, Firuzə Məmmədova və Orxan Məmmədov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla “Nar” tərəfindən xüsusi hədiyyələrə layiq görülüblər. 

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. “Nar”-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb.