Narazı müəllimlər üçün təkrar imtahan keçirilir

narazi-muellimler-ucun-tekrar-imtahan-kecirilir
Oxunma sayı: 2846

Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, bu imtahanda 3055 namizədin iştirakı gözlənilir.

İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da aparılıb və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

Qeyd edək ki, əvvəlki imtahanda iştirak etmiş müəllimlərin çoxu sualların çətinliyinə etiraz edirdi. Təhsil Nazirliyi də yaydığı açıqlamada 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyini qeyd etmişdi.