“Narazı qaldım...”- - Robert Prosineçki

narazi-qaldim-
Oxunma sayı: 1988


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi evdə Maltanı 2:0 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. Bu qarşılaşmada həm də debüt edən xorvatiyalı mütəxəssis komandasının oyunundan narazı qaldığını deyib:

“Bu, bizim Azərbaycan xalqına Novruz bayramı hədiyyəsi idi. Oyundan razı qalmadım. Biz daha yaxşı oynaya bilərdik. Ötən güm bildirdim ki, çətin oyun olacaq. Namiq Ələsgərov yaxşı oynadı. Təəssüflər olsun ki, zədələndi. Səhvlərimiz var. Çalışacağıq ki, bunu aradan qaldıraq. Əfran İsmayılovun potensialı var. O, gələcəkdə bizə daha çox xeyir verəcək. Cavid Hüseynov barəsində niyə soruşmursuz? Onun ifasında belə gözəl oyun izləmişdiz? Eddi İsrafilovun da qısa zaman ərzində yenidən İspaniya çempionatında 90 dəqiqə oynayacağına inanıram. Rahid Əmirquliyev isə hər zaman stabil çıxış edir. Üzərimizdə. Psixoloji təzyiq var idi. Çünki ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanmalıyıq”.

O, qarşıdakı oyunla bağlı da fikirlərini açıqlayıb: 

“6-7 gün ərzində futbolçuların fiziki durumunu düzəltmək mümkün deyil. Norveç millisi ilə qarşıdakı oyunda oyunçular bunun üzərində çalışmalıdı. Futbolda hər şey mümkündü. Rəqib qol da vura bilərdi. Ancaq hər məşqçinin "B" planı var. Buna hazır idik. Ancaq bu planı açıqlamaq istəmirəm. Çünki qarşıda oyunumuz var. Mən Bakıda olacam. Və çempionat oyunlarına gedib, futbolçularlmızı izləyəcəm”.

Elsevər