Narazı şagirdlər avqustda yenidən qiymətləndiriləcək

narazi-sagirdler-avqustda-yeniden-qiymetlendirilecek
Oxunma sayı: 1527

“Qiymətləndirilməyən və ya illik qiyməti ilə razılaşmayan 5-8 və 10-cu sinif şagirdləri oxuduğu məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak etməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə verib. O bildirib ki, avqust ayının 19-20-si aralığında sözügedən şagirdlərin biliyi qiymətləndiriləcək:

“Həmin qiymətlərə əsasən onların illik qiyməti müəyyən edilir. İllik qiymət əsasında həmin şagirdlər yerdəyişmə prosesində iştirak edə, oxuduqları məktəbi dəyişə bilərlər”. 

Günel Hacı