Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisəsi" ilə bağlı təqsirləndirilənlər Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə şahidlərin dindirilməsi mərhələsi keçirilib.
İclasda şahid qismində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib. Bu zaman “vetenugrunda.az” saytının baş redaktoru Rövşən Əhmədli və saytın müxbiri Arzu Abdulla şahidin danışdıqlarının zalda eşidilməməsinə etiraz edib. Hakimin hər iki şəxsin zaldan çıxarılması barədə göstərişinə təqsirləndirilən şəxslər də etiraz edib. Adıçəkilən şəxslər zaldan çıxarılıb və R.Əhmədli barəsində xüsusi qərardad çıxarılıb, qərar icra olunması üçün Mətbuat Şurasına göndərilib.
Məhkəmə prosesi mayın 8-də davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər