“Nardaran işi” ilə bağlı yeni məhkəmə...

nardaran-isi-ile-bagli-yeni-mehkeme
Oxunma sayı: 739

"Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti  üzrə məhkəmə prosesi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi hakim  Əmir Bayramovun sədrliyi ilə keçiriləcək. İlkin baxış iclası iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad  Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Murad Əhməd