Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlə və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Təqsirləndiriləndən Cahad Babakişizadə, Şamil Abdullayev və Əli Nuriyevin vəkilləri vəsatət verərək müdafiə etdikləri şəxslər barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qərarı seçilməsini istəyiblər.
Məhkəmə kollegiyasının qərarı ilə vəsatətlər təmin edilməyib.
Bundan sonra prokuror ittiham aktını elan edib. Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə prosesi avqustun 3-də davam etdiriləcək.
Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə), 28;214.2.1-ci (mütəşəkkil dəstə tərəfindən terrorçuluğa hazırlıq), 220-ci (kütləvi iğtişaşa çağırış), 228-ci (qanunsuz olaraq odlu silah daşıma), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və saxlama), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birliklər yaratma) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Son xəbərlər
Son Xəbərlər