“Karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidələr və monitorinqlər həyata keçirilib”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb: “Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır.
Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub.
Karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib. Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər