Nardaran sakini “Makarov”la tutuldu - Foto

nardaran-sakini-makarovla-tutuldu
Oxunma sayı: 1372

Sabunçu rayonunda üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev tutulub. 

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Ramin Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.