“Azərişıq” ASC Nardaran qəsəbəsində inşa etdiyi yeni inzibati binanın açılışını edib.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, qəsəbədə 3000-ə yaxın abonentin hər birinə yeni CSM tipli sayğaclar quraşdırılıb, yeni SİP kabel xətləri çəkilib, komplekt transformator məntəqələri quraşdırılıb. Yeni dayaqlar basdırılıb.
Əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün burada hər cür şərait var. Elektrik Şəbəkəsinin əməkdaşlarının səmərəli iş fəaliyyəti üçün burada ən modern şərait yaradılıb. Ofis binası qəsəbənin görkəmli yerində və hərəkət qovşaqlarının optimal hissəsində inşa edilib.
İki mərtəbəli ofis binası “Azərişıq” ASC-nin bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standartına uyğun tikilərək başa çatdırılıb. Ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib.
Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib.

Son xəbərlər
Son Xəbərlər